IT
solutions

Your trusted IT partner

IT <br> solutions

Your trusted IT partner

İT dəstək xidməti

Müəssisəniz iş davamlılığı, təhlükəsizlik, və ümumi effektivliyə gəldikdə ən yüksək gözləntilərə malikdir. Bu gözləntilərin şirkət miqyasında yerinə yetirildiyinə əmin olmaq üçün peşəkar dəstəyə tələb ola bilər.

Azstarnet 7/24 xidməti ilə sizin IT departamentinizə peşəkar dəstək verə, və ya IT departamentinizi tamami ilə əvəz edə bilər. Tələbinizə uyğun SLA (Service Level Agreement) səviyyəsinə uyğun dəstək xidmətini seçərək, IT infrastrukturunuzun daim tam gücü ilə stabil, dayanmadan və təhlükəsiz işləməsinə əmin olacaqsınız. Bizimlə peşəkar dəstək ilə yanaşı, xərclərinizə də qənaət etmiş olacaqsınız.

Xidmətlərimizə daxildir:

  • IT infrastrukturun dizayni və qurulması
  • Şəbəkə və Serverlərin monitorinqi
  • Sistemdə nazaslıqlarının aşkar olunması və təmiri
  • IT konsultasiya
  • Korporativ telefon sistemlərinin qurulması və dəstəyi
  • Satınalma xidməti (Procurement Service)

Daxili şəbəkə həlləri

İstənilən iş yerləri və ya xidmət sektorundakı yerlərə simsiz ( wireless) şəbəkənin, telefon şəbəkəsinin quraşdırılması, internetə girişin asanlaşdırılması və yüksək keyfiyyətli bağlantı üçün Access Point-lərin yaradılması təklif etdiyimiz daxili şəbəkə həlləridir. Hub-lar sizin sahib olduğunuz birdən çox cihazı ümumi mərkəzə bağlamaq üçün idealdır. Bundan başqa, təklif etdiyimiz Switch tipli şəbəkələr vasitəsilə genişzolaqlı sürətdə heç bir itkiyə məruz qalmadan cihazları bir-birinə və porta bağlamaq mümkündür. Müasir dünyadakı trendlərə uyğun tətbiq edilən şəbəkə sistemləri barədə dolğun məlumat əldə etmək və sərfəli təkliflərdən yararlanmaq üçün Azstarnet var.

Video müşahidə sistemləri

Məkanın təhlükəsizliyi üçün ən vacib şərtlərdən biri də video müşahidədir. Azstarnet-in təklif etdiyi video müşahidə sistemləri ilə siz evinizin, iş yerinizin və digər əhəmiyyətli obyektlərin təhlükəsizliyindən əmin ola bilərsiniz. Görüntülərin yaddaşa yazılması, təkrar emalı və istifadəsi video müşahidə sistemlərimizin ayrılmaz hissəsidir. Əsas prioriteti təhlükəsizlik olan şəxslər/qurumlar video müşahidə sistemlərindən daim istifadə edirlər.

Girişə nəzarət sistemləri

Giriş-çıxışlara nəzarət, iş saatına riayətin ölçülməsi və nizam-intizam üçün Azstarnet “Girişə nəzarət sistemləri”ni təqdim edir. Kartla giriş (NFC), göz bəbəyi ilə giriş, turniket və barmaq izi kimi bir çox girişə nəzarət metodlarını ən yeni və müasir avadanlıqlarla tətbiq etmək mümkündür. Dünyanın bir çox ölkələrində tətbiq edilən bu sistemlər təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Sizə ən uyğun olan sistemi seçməklə həm təhlükəsizlik tədbirlərini artıra, həm də işyerlərində iş vaxtına dəqiq əməl olunmasına nəzarət edə bilərsiniz. Peşəkar yanaşma və sürətli həll üçün Azstarnet sizinlədir.

Scroll top