Biz kimik?

"AzStarNet" şirkəti bu gün ölkənin aparıcı telekommunikasiya şirkətlərindən biridir. İnformasiya texnologiyaları bazarında 10.10.2002-ci ildən fəaliyyət göstərir. Özünün yüksəksürətli şəbəkəsini ölkə ərazisində daim genişləndirirərək, "sonuncu mil" problemlərini həll edir. Kampaniya İnternetə genişzolaqlı yüksəksürətli qoşulma ilə yanaşı televiziya, telefoniya, bulud, hostinq, İT avadanların təchizatı və İT autsorsinq xidmətlərini göstərir.

  • Simsiz qoşulma (1 Gbps-ə qədər)

    1 Gb/s-ə qədər simmetrik sürət dəstəkləyən şəbəkəmiz səs, video və bulud daxil olmaqla yüksək proritet daşıyan bir çox tətbiqə görə optimallaşdırılmışdır.

  • Optik lifli qoşulma (10 Gbps-ə qədər)

    "Az.StarNet" FTTH (evə qədər optik-lif), FTTP (müəyyən yerə qədər optik-lif), FTTC (bölüşdürücü qutuya qədər) tipli, öz dərəcəsində yüksək həll təqdim edir. Bu, şirkətlər və fərdi istifadəçilər üçün standartlarla əsaslandırılmış genişmiqyaslı, mürəkkəb həllərdir. İstifadəçilərə 20 Mbit/s-dən 10 Gbit/s-ə qədər sürətlə İnternetə çıxış təqdim edilir

  • ADSL texnologiyası ilə qoşulma

    ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası bazasında İnternetə qoşulma xidməti məlumatların qəbul edilməsində sürət və keyfiyyətə yüksək tələblə yanaşan fərdi müştərilər və fiziki şəxslər üçün optimal həlldir.

"AzStarnet" kampaniyası RIPE NCCassosiasiyasının üzvüdür və həmçinin LIR (Local Internet Register) statusuna malikdir. RIPE NCC assosiasiyasına üzvlük "AzStarNet"ə, öz müştərilərinə GLOBAL IP ünvan mənbələrini daha çevik və operativ formada verməyə imkan yaradır.

Şirkət Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) üzvüdür və "İntellekt" mükafatı sertifikatına malikdir.

Avadanlıq və materiallar tədarükçüsü kimi dünya liderlərini seçməklə şirkət təklif etdiyi xidmətlərin etibarlılığına və rəqabət qabiliyyətliliyinə əmindir. "AzStarNet" şirkəti elastik tarif siyasətini saxlayır və öz sifarişçilərinə səmərəli qiymət/keyfiyyət nisbətini təklif edir.

Şirkət öz müştəriləri üçün Şəbəkədə işləməyi maksimal dərəcədə əlverişli və effektli etmək üçün daim çalışır. Şirkət həmişə öz müştərilərinin suallarına cavab və lazımi məsləhətlər verməyə daim hazırdır. Gün ərzində 24 saat! Həftədə 7 gün! İldə 365 gün! Texniki şöbə problemləri daha əlverişli və effektli qayda ilə həll etməkdə köməklik göstərməyə hər zaman hazırdır.

Bu gün "AzStarNet" adı, təqdim edilən xidmətlərin keyfiyyəti, dayanıqlığı və müştərilərlə münasibətdə düzgünlük ifadə etməyi ilə çoxları üçün fərəhlə qeyd edilir.

Yuxarı çıx